“Cıdır Düzü” restoranı qaydaları pozdu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 10 aprel 2021-ci il tarixində ölkə üzrə 401 ictimai iaşə obyektində 680 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu‎, Buzovna qəsəbəsi V. Seryoqin küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Məhəmməd Sadıx oğluna məxsus “Panorama” restoranı;

2. Bakı şəhəri, Xəzər rayonu‎, Zaqulba qəsəbəsi, İmaməliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Rəhmanlı Nəcmin Ruhulla oğluna məxsus “Meduza Lounge” restoranı;

3. Bakı şəhəri, Binəqədi rayonu‎, DSK yolunda yerləşən, fiziki şəxs Axundov Şöhrət Abov oğluna məxsus kafe;

4. Bakı şəhəri, Binəqədi rayonu‎, S. S. Axundov küçəsi 2A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus “Cıdır Düzü” restoranı;

5. Bakı şəhəri, Suraxanı rayonu‎, Yeni Günəşli AB massivində yerləşən fiziki şəxs Əsgərov Pərviz Əvəzoviçə məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 128 ünvanında yerləşən, fiziki şəxs Əmirov Həmid Məhyəddin oğluna məxsus “Bibari Çiyköftə” restoranı;

7. Bakı şəhəri, Xəzər rayonu‎, Binə qəsəbəsində yerləşən, fiziki şəxs Məlikov Elgiz Adibala oğluna məxsus kafe;

8. Bakı şəhəri, Sabunçu rayonu, Adil Əlibabayev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Tanrıverdiyev İlham İsrayıl oğluna məxsus çay evi;

9. Bakı şəhəri, Səbail rayonu, R. Kolomeytsev küçəsi 8 ünvanında yerləşən, fiziki şəxs Qədirov Rüstəm Xanlar oğluna məxsus “Pizza Inn” kafesi;

10. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəmov küçəsi 12 ünvanında yerləşən, fiziki şəxs Şərifov Tahir Hacıhümməd oğluna məxsus kafe ;

11. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küçəsi, ev 26 ünvanında yerləşən, fiziki şəxs Mustafa Sarıya məxsus “Alaturka” restoranı;

12. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 24/5 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay İşığı” şadlıq evi;

13. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23 ünvanında yerləşən, hüquqi şəxs “Sema-Zen” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Sema-Zen” restoranı;

14. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 138A ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsala məxsus restoran;

15. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 9B ünvanında yerləşən, fiziki şəxs Tahirov Samiq Əflatun oğluna məxsus çay evi;

16. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 76 ünvanında yerləşən, fiziki şəxs Əsgərli İlkin Rasim oğluna məxsus kafe;

17. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 80 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Emil Hüseyn oğluna məxsus kafe;

18. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, fiziki şəxs Babayev Vüqar Hikmət oğluna məxsus “Like Dad“ restoranı;

19. Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rəhim küçəsi 4a ünvanında yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğluna məxsus “Portofino” restoranı;

20. Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Elşən Elmixan oğluna məxsus kafe;

21. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Eyyub Hüseyn oğluna məxsus “Kiyev klub” restoranı;

22. Bakı şəhəri, Binəqədi rayonu, İ. Dadaşov küçəsi 143D ünvanında yerləşən, fiziki şəxs Əhmədov Tahir İsmayil oğluna məxsus “Park” kafesi;

23. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən, fiziki şəxs Məmmədov Etibar İslam oğluna məxsus çay evi;

24. Xaçmaz rayonu, Bakı prospektində yerləşən, fiziki şəxs Mustafayev Azər Bağır oğluna məxsus “Ariz” şadlıq sarayı;

25. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən, hüquqi şəxs “Panorama Villa Lux” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Panorama Villa Lux” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.