Yağ qiymətləri artır

FAO Bitki mənşəli Yağ Qiymət İndeksi Mart ayında 159,2 bəndə çatıb. İndeks Fevral ayı ilə müqayisədə Martda 11,8 bənd (8%) artıb və 2011-ci ilin İyun ayından bu yana son 10 ilin ən yüksək səviyyəsini görüb.

Foodinfo.az xəbər verir ki, İndeksi yüksəldən palma, soya və günəbaxan yağı qiymətlərindəki artımlardır.

Başlıca ixracatçı ölkələrdəki anbarlarda ehtiyatların azalması və tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur.

Soya yağı qiymətləri biodizel sektorundan olan güclü tələb ilə yüksəlir.

SÜD MƏHSULLARI QİYMƏTLƏRİ 10 AYDIR FASİLƏSİZ YÜKSƏLİR

FAO Süd Məhsulları Qiymət İndeksi Mart ayında 117,4 bəndə çatıb və Fevral ayı ilə müqayisədə 4,4 bənd  (3,9%) artıb. İndeksi keçən il eyni ayı ilə müqayisədə 16% artıb. Süd məhsulları qiymətləri 10 aydır fasiləsiz yüksəlir.

Mart ayında, beynəlxalq kərəyağı qiymətləri yüksəlib. Buna səbəb Avropada süd istehsalı mövsümünün yavaş başlaması və qida xidmətləri sektorundakı yaxşılaşma ilə tələbin artmasıdır.