6 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 7 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Foodinfo.az xəbər verir ki, qeyd olunan tarixdə 6 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.