2,7 milyona tikilmiş fındıq emalı zavodu işə düşür

“AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərind fındıq emalı zavodu tikib.

Foodinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.

İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.