Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma məhsullarının ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına  ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Foodinfo.az xəbər verir ki, AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) arasında aparılan müzakirələr nəticəsində 8 alma və 19 pomidor istehsalı müəssisəsinə məhsullarının Rusiya Federasiyasına ixracına  icazə verilib.

Belə ki, həmin ölkənin müvafiq qurumu tərəfindən “Met-Ak” MMC, “FruitsByJan” MMC, “Qalagro” MMC və “FruitGarden” MMC-dən, habelə fiziki şəxslər Həsənov Elşən Hörmət oğlu, Piriyev Yusif Məmmədəli oğlu, Şirinov Mehman İsmayıl oğlu və Zulbalayev Elçin Mövludağa oğluna məxsus müəssisələrdən alma məhsulunun, “Agro-Nom” MMC, “Kaskad-Agro” MMC, “Agro Vest” MMC, “Red Globe” MMC, “Big Store” MMC, “Eco Prod” MMC, “T.T.Ş.-İnşaat” MMC, “ARAS” MMC, “Hamacoğlu Agro” MMC və “Türkan Aqro” MMC-dən, habelə fiziki şəxslər Cəfərov Zahid Həbib oğlu, İsayeva Gülnar Namik qızı, Qurbanov İskəndər Rasim oğlu, Qəmbərov Nizami Fəxrəddin oğlu, Axundova Aida Zahid qızı, Qocayev Rəsul Mehman oğlu, Cəbrayılov Məlikməməd Saday oğlu, Fərəcov Novruz Mürşüd oğlu və Məsimova Sücayət Qurban qızına məxsus müəssisələrdən isə pomidor məhsulunun Rusiya Federasiyasına ixracı mümkün olacaqdır.

Qeyd edirik ki, Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 114.382 ton təşkil edir ki, bu da 2020-ci il ərzində həmin ölkəyə ixrac olunan 66.924 ton alma məhsulunun 170,9 %-i həcmindədir. Eyni zamanda, pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 224.168 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179.956 ton pomidor məhsulunun 124,5 %-ni təşkil edir.

Hazırda AQTA ilə Rosselxoznadzor arasında məhdudiyyətlərin aradan qaldırılması istiqamətində intensiv müzakirələr davam etdirilir.

Onu da xatırladırıq ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdə fəaliyyət göstərən 70 pomidor, 46 alma istehsalı müəssisəsindən həmin ölkəyə məhsul ixracına icazə verilib.