Miqreniniz var? – Alma sirkəsi istifadə edin!

Alma sirkəsi çox effektli və sınanmış təbii müalicəvi vasitədir. Alma sirkəsi A, C, P, B qrupu vitaminlər, müxtəlif turşular (alma, limon, süd və s.), fermentlər, pektinlər, dəmir, ftor, fosfor, kalium, kalsium və s. kimi mikroelementlərlə zəngindir.

Alma sirkəsi orqanizmə iltihabəleyhinə təsir edir, müxtəlif ağrıları azaldır, damarları təmizləyir və onların elastikliyini artırır.

Eyni zamanda orqanizmi artıq xolesterindən, şlaklar və toksinlərdən təmizləyir.

Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, miqren tutması və ya adi baş ağrısı zamanı sirkədə isladılmış parçanı alına qoyub uzanmaq effektiv təsirə malikdir.

Alma sirkəsi immun sisteminə də çox müsbət təsir edir. İlin soyuq fəsillərində bu xüsusilə vacibdir. Hər səhər 1 stəkan ilıq suda 2 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı balı qarışdıraraq qəbul etmək məsləhətdir. Alma sirkəsi arıqlamağa kömək edir. O piylərin parçalanma proseslərini sürətləndirir, iştahanı azaldır. Arıqlamaq üçün hər gün 2 xörək qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan ilıq su içilməlidir. Lakin mədə-bağırsaq sistemində pozulmalar olan insanlar, mədə xorası və eroziyadan əziyət çəkənlər alma sirkəsi qəbul etməməlidir.

Alma sirkəsi üz dərisinə də çox müsbət təsir edir, dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri yox edir.

Dərisi yağlı olan insanlar hər gün üz dərisini alma sirkəsində isladılmış pambıqla silə bilərlər. Bu artıq parıltını götürür, məsamələri yığır, sızanaqları müalicə edir.