Yaponlar düyünü necə bişirir? – Ən sağlam üsul

Yaponiyada hər gün demək olar, hər yeməkdə düyü yeyirlər. Hətta bəzi desertləri də düyüdən olur
Onlar düyüdən bizim kimi yağlı, ətli plov bişirmir. Sadəcə tərəvəz, balığın da yanına düyü qoyurlar.
Foodinfo.az “Medicina.az”-a istinadən yaponların daha sağlam düyü bişirmə qaydasını təqdim edir:
– Onlar yumru düyü bişirir. Bu çox vacibdir. Uzun basmati düyünü yaponlar yemir
– Düyüyə heç bir əlavə ədviyyat, duz qatılmır
– 1 stəkan iri, yumru düyüyə 1,25 stəkan soyuq su götürülür. Bu vacibdir. Məhz bu nisbət idealdır.
– Bişməzdən əvvəl düyü minimum yarım saat, yaxşı olar ki, 1 saat islağa qoyulsun.
– Sonra soyuq su ilə 3 dəfə yuyulur və suyu tam süzülür.
– Qalın dibli qazana düyü və 1,25 stəkan su alınıb, zəif odda bişirilir.
– Qapaq bağlanır və bişənə kimi qapaq açılmır.
– Su qaynata düşəndən sonra daha 15 dəqiqə zəif odda bişirilir.
– Odu söndürüb, daha 10 dəqiqə qapağı bağlı saxlayırlar. Bu sanki düyünü dəmə qoymaqdır.
– Yalnız bundan sonra düyü ət, tərəvəz və ya balıqla süfrəyə verilir.
– Yaponlar düyüyə metal çəngəl-qaşıq vurmur. Onu taxta çubuqları ilə yeyirlər. Amma siz taxta qaşıqdan istifadə edə bilərsiz.