Azərbaycan hərbçiləri Laçın şəhərini bayraqla bəzədi

Bu gün Laçın rayonuna daxil olan Azərbaycan hərbçilərinin Laçın şəhərindən şəkilləri yayılıb.

Foodinfo.az xəbər verir ki, görüntülər “Agence France-Presse” (AFP) üçün çəkilib.

Görüntüdə Azərbaycan hərbçilərinin Laçın şəhərinin küçələrini bayraqla bəzədiyi, şəkil çəkdirdiyi öz əksini tapıb.