Qızarmış pomidor dəhşətli xəstəlikdən qoruyur

Pomidor likopinlə zəngindir. Bu maddə güclü xərçəng əleyhinə təsirə malikdir. Həmçinin likopin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Foodinfo.az xəbər verir ki, pomidorda olan likopinin miqdarı termik emaldan, yəni bişirildikdən sonra xeyli artır. Eyni zamanda yağlarla birlikdə yedikdə likopin orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Ona görə də pomidoru azca zeytun yağında pörtlədib və ya qızardıb yemək lazımdır.