Kərə yağının idxalı 29% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 62,7 min ABŞ dolları dəyərində 12,7 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 min dollar (25,9%) və 2,9 ton (29,2%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.