Cem Yılmaz da Azərbaycana dəstək oldu

Türkiyənin tanınmış aktyoru Cem Yılmaz da işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı terror siyasəti qarşısında susmayıb.

Foodinfo.az-ın məlumatına görə, o, öz instaqram hesabında Azərbaycan bayrağını paylaşaraq ermənilərin təxribatlarına göz yuman ölkə və təşkilatları qınayıb.

“Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda savaşdan, qandan, acıdan uzaq günlər arzu edirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram…Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm”.

Qeyd edək ki, bundan öncə Türkiyənin bir çox tanınmış sənətçiləri – Mahsun Kırmızıgül, Murat Boz, Ebru Gündeş, Alişan və s. sosial media hesablarında Azərbaycana dəstək ifadə ediblər.