Bu məhsulları soyuducuda saxlamaq OLMAZ

Bir çox insanlar məhsulların əksəriyyətini soyuducuda saxlayır. Onların fikrinə görə, soyuducuda məhsullar daha təzə qalır və gec xarab olur. Lakin bu belə deyil.

Foodinfo.az Saglamolun.az-a istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə bəzi məhsulların soyuducuda saxlanılması əksinə onların yararlıq müddətini və keyfiyyətini azaldır, dadını pisləşdirir. Bu məhsullar arasında:

– çörək

– qəhvə

– şokolad

– banan

– bitki yağı

– bal

– soğan və sarımsaq

– alma

– kivi

– xiyar, pomidor

– sitrus meyvələri (portağal, mandarin, limon)

– balqabaq

– ədviyyatlar