ÜST açıqladı: bu dərmanlardan İSTİFADƏ ETMƏYİN! XƏBƏRLƏR

Hidroksiklorokin, lopinavir, interferon və remdesivir dərmanları (sonuncusu Rusiyada bu yaxınlarda qeydə alınıb) koronavirus xəstələrinə praktik olaraq heç bir təsir göstərmir.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, belə nəticələrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri gəlib. Bu barədə “Financial Times” məlumat yayıb.

COVID-19 müalicəsi alan 11 mindən çox insanın məlumatlarının analiz edildiyi qeyd olunur. ÜST ekspertlərinin sözlərinə görə, bu dərmanlar ölüm səviyyəsinin azalmasına təsir göstərmir və süni nəfəs aparatlarına qoşulan xəstələrin sayını azaltmır.