Qaxda 150 hektarda xəsil üçün arpa səpilib

Qax rayonunda gələn ilin məhsulu üçün 13 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 9560 hektar sahədə yay şumu qaldırılıb və iş davam etdirilir. Bundan əlavə, bu il rayonda 300 hektaradək sahədə yaşıl yem üçün xəsil arpa səpini də nəzərdə tutulur.
Foodinfo.az Azərtac-a istinadən bildirir ki, indiyədək Qaşqaçay, İlisu və Almalı kəndlərinin ərazilərində 150 hektar sahəyə xəsil arpa səpilib. Eyni zamanda, rayonun təsərrüfatlarında payızlıq dən bitkilərinin səpininə ciddi hazırlıq görülür. Səpin üçün ayrılmış toxum laboratoriya müayinəsindən keçirilərək təmizlənir və dərmanlanır. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilir. Payızlıqların səpininə yaxın günlərdə başlamaq nəzərdə tutulur.