Saçlarınızı belə yığmayın – KEÇƏL EDİR

Saç tökülməsinin müxtəlif səbəbləri var. Saç və baş dərisi xəstəlikləri yanaşı saç düzümü də saçların tökülməsinə təsir göstərir.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, saç düzgün yığılmadıqda qadınlarda keçəlliyə səbəb ola bilər.

Gün ərzində təxminən 80-110 saçın tökülməsi normal hesab edilir. Bundan artıq tökülmə müşahidə olunursa, insan müayinə olunmalıdır. Anemiya, D vitamini və B12 vitamini, dəmir, biotin çatışmazlığı, zob, hormonal pozulmalar saç tökülməsinə gətirib çıxarır.
Saçı düzgün yığmadıqa başın müxtəlif nahiyələrində seyrəlmə müşahidə olunur. Bəzən saçın gərilərək sıx yığması da keçəlliyə yol açır. Bu səbəbdən saçı dartmadan topuz yığmaq lazımdır.
Həmçinin mütəxəssislər bildirlər ki, saçı gözəl etmək üçün 100 dəfə daramaq məsləhəti də sadəcə mifdir. Saçları çox tez-tez daramaq onların tökülməsini daha da sürətləndirir.