Qida və içkilər üzrə nəzarətçi axtarılır

Lankaran Springs & Wellness Resort” Qida və İçkilər üzrə böyük nəzarətçi (Senior F&B team Leader) vəzifəsi üçün işçi qəbulu elan edir. Foodinfo.az vakansiya ilə bağlı məlumatları təqdim edir:

Əsas Öhdəliklər

 Restoranın Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
 Xidmət müddətində işin səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək
 Nağd Vəsaitlərlə bağlı proseduraların icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.
 İllik biznes planının hazırlanması ilə yanaşı Restoranın planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlamaq.
 Restoranın müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək.
 Restoranın Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.
 Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Əməliyyat Menecerinə məlumat vermək.
 Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.
 Restoranın işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə Müdiri / Əməliyyat Menecerinə təklif vermək.
 İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq.

Tələblər:

• Ali təhsil
• Minimum 3 il restoranlarda supervayzer və daha yüksək vəzifədə iş təcrübəsi
• Otel təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan, Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır

Təklif edirik:

• Tibbi sığorta (fərdi)
• Pespektiv və inkişaf
• Maaş – 600-800 AZN (müsahibəyə əsasən yekun olaraq təyin olunacaq)
• Bakıdan Lənkərana transfer
• Yaşamaq üçün ev – paylaşılan otaq (shared room)
• Gündə 3 dəfə qidalanma
• Tam rəsmi qeydiyyat

CV nümunələri “Qida və İçkilər üzrə böyük nəzarətçi” başlığı ilə hr@lankaransprings.az ünvanına gödərilməlidir.