Azərbaycanda 500 insana böyrək köçürülüb

Ölkədə transplantologiya inkişaf edir. Vətəndaşlar artıq əməliyyat üçün xaricə getmək zərurətindən azad ediliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Foodinfo.az-a verilən məlumata görə, bu barədə nazir Oqtay Şirəliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.

Nazir bildirib ki, indiyə kimi 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köçürülüb. Bu qrup insanlar zəruri qayğı ilə əhatə ediliblər.

“Təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb. Təcili yardıma 1000-ə yaxın avtomobil təqdim edilib. Sanaviasiya xidməti göstərilir, zəruri hallarda vətəndaşlara regionlarda, yerlərdə Bakıdan ezam edilən mütəxəssislər tərəfindən xidmət təqdim edilir”, deyə nazir vurğulayb.