Tovuzda 2 nəfər dönərdən zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə rayon ərazisində baş verib. Rayonun Aşağı Öysüzlü kənd sakinı, 1980-ci il təvəllüdlü Anar Azər oğlu Qasımov və Tovuz şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Qabil oğlu Hüseynli şəhər ərazisindəki kafelərdən birindən dönər alaraq yeyiblər.

Hər iki şəxs dönərdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Trend)