“Şərq bazarı” bağlanır – Tarix açıqlandı

“Şərq bazarı” təmirə bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar verib.

Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb:

“Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”.

Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib:

“Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.

Günel Hacı