Halal olmayan ət məhsullarının idxalı qadağan edildi

Tacikistanın hökumət orqanları halal olmayan ət məhsullarının ölkəyə gətirilməsini qadağan edib.

Bu tələb Dövlət Baytarlıq Xidməti tərəfindən bütün ət məhsulları təchizatçılarına qarşı irəli sürülüb.

İndi xarici təchizatçılar Tacikistana yalnız “halal” akkreditasiyalı məhsul gətirə biləcəklər. Belə sənəd verməmişdən əvvəl tacik ekspertlər şəxsən müəssisələrə səfər edəcək və istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyini yoxlayacaqlar.

Qeyd edək ki, Tacikistan bazarına ət məhsulları əsasən Hindistan və Rusiyadan, kiçik bir hissə isə Türkiyə və Qazaxıstandan gətirilir.

Tacikistanda “halal” standartı 2013-cü ildə tətbiq olunub. (Report)