“Ayan MMC” qida mühəndisi axtarır – VAKANSİYA

Qida mühəndisliyi üzrə vakansiya elan edilib

Foodinfo.az xəbər verir ki, “Ayan MMC” yaşı 26-35 arasında olan qida mühəndislərini işə dəvət edir.
İş barədə daha ətraflı məlumatı aşağıdakı elandan əldə etmək olar:

Qida mühəndisi (texnoloq)

İşəgötürən: Ayan MMC

Əlaqədar şəxs: Aynurə x.

E-mail: info@ayan-az.com

Telefon: (055) 444-23-11

Telefon: (012) 342-99-36

Şəhər: Xırdalan
Yaş: 26 – 35 yaş
Təhsili: Ali
İş təcrübəsi: 3 – 5 il

Namizədə tələblər:
– Ali təhsilli qida mühəndisi (texnoloq)
– Kişi namizədlər arzuolunandır
– Tələb olunan yaş həddi: 26-35
– Minimum 3-5 il qarğıdalı çubuqlarının istehsalı sahəsində iş təcrübəsi olmalı
– Məhsulların yoxlanması, qida laborotoriyasında iş təcrübəsi və bilikləri olmal
– Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məluamtlı olmalı

CV-lərinizi info@ayan-az.com ünvanına “Qida Texnoloqu” başlığı adltında göndərin, əks halda CV-lərə baxılmayacaq.

İş barədə məlumat:
– Texnoloji məlumatların, reseptlərin təşkili və təmini
– İstehsalatda istifadə olunan ərzaqlara nəzarət etməli
– İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət
– Gigiyena qaydalarına əməl olunması, qida analizlərinin mütəmadi aparılmasını təşkil etməli
– İstehsalata gələn xammaldan, hazırlanmış məhsullardan nümunə götürələrək analizlərin aparılması
– İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etməli
– Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etməli
– Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamalı
– Alınan nəticələri sənədləşdirib tərtib etməli
– Əmək haqqı: Razılaşma əsasında
– Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə
– İş qrafiki: 6 gün, 08:00-dan 18:00-dək

Ayxan

Foodinfo.az