“Gilan Holdinq” işçi axtarır

Foodinfo.az vakansiyaya aid tələbləri tədim edir

“Gilan” Kənd Təsərrüfatı Qrupu Gəncə şəhərində yerləşən Gəncə Tekstil Zavoduna Direktor vakansiyasına təcrübəli rəhbər axtarır. Foodinfo.az vakansiyaya aid tələbləri tədim edir.

Vəzifələri:

• Fabrikdə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına nəzarət edilməsi;
• İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına daim nəzarət edilməsi;
• Pambıq mahlıcın yerlərdən alınmasına göstəriş verilməsi,keyfiyyətinə nəzarət edilməsi, gələn mahlıcın qəbulunu təşkil edilməsi;
• Müvafiq ödəmələrin vaxtında edilməsinə nəzarət edilməsi;
• Fabrikində istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
• Sıradan çıxmış tekstil dəzgahları və avadanlıqlarının xarici və ya yerli şirkətlərdən təmin edilməsi.

Tələblər:

• Ali təhsil;
• Müvafiq vəzifədə minimum 5 illik iş təcrübəsi;
• Kənd təsərrüfatı sahəsində təcrübə;
• Azərbaycan dili mükəmməl, İngilis və Rus dili bilikləri arzuolunandır.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:

http://hr.gilanholding.com/v/4646#

Foodinfo.az