Ermənistanda qiymət artımına etiraz olaraq aksiya keçirilir

İrəvanda “Çıxış” bloku qiymətlərin artmasına etiraz olaraq nümayiş keçirir

Etiraz aksiyası Şarl Aznavur meydanından başlayıb.

“2018-ci ilin ilk günlərindən etibarən ölkədə qiymətlər artmağa başlayıb. Eyni zamanda sosial vəziyyət çox ağırdır. Biz qiymət artımına və verginin yükünün ağırlığına “Yox” deyirik”, – deyə blokun bəyanatında bildirilir. (APA)