Mayın 17-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/4314 linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.