Pomidor ixracından Azərbaycana daxil olan valyuta artıb

2022-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycandan 134 milyon 126 min dollar dəyərində 112 min 205 ton pomidor ixrac edilib.

Foodinfo.az marja.az-a  istinadən xəbər verir ki, pomidor ixracı 2021-ci ilin 7 ayı ilə müqayisədə 2022-ci ilin 7 ayı ərzində dəyər ifadəsilə 5 milyon 965 min dollar və ya 4,6% artıb, miqdar ifadəsilə 6 min 835 ton və ya 5,7% azalıb.

2021-ci ilin 7 ay ərzində Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton pomidor ixrac edilmişdi.