Çinli qadınları cavan saxlayan nədir

Çində qadınların yaşını müəyyən etmək çətindi. Əgər ağarmış saçlarını rəngləməyibsə, yaşını yalnız bunun sayəsində təxmin edə bilərsiniz. Bəs Çin xanımları bu gözəlliyi, cavanlığı və harmoniyanı necə əldə edirlər?

 Foodinfo.az  publika.az-a istinadən oxucuları çinli qadınların gözəllik sirləri ilə tanış edir.

Veqan günləri

Çinlilər inanır ki, toksinlər orqanizmin sürətlə qocalmasına səbəb olur, buna görə də orqanizmi onlardan təmizləmək çox vacibdir. Bunu etmək üçün həftədə bir gün rasiondan heyvan züllallarını tamamilə çıxarmaq lazımdır: ət, balıq, süd və turş süd məhsulları yeməyin.

San Yin Çziao nöqtə masajı

Çinlilər əmindirlər ki, üç əsas meridian bu nöqtələrdə – qaraciyər, böyrəklər və mədəaltı vəzinin xətləri ilə kəsişir. San- yin – çziao həm də gözəllik və uzunömürlülük nöqtələri adlanır, çünki onların gündəlik bir neçə dəqiqəlik masajı sağlamlıq və gəncliyi qorumağa imkan verir.

Duzsuz düyü

Belə görünür ki, bu kiçik nüans olduqca təsirlidir. Müxtəlif ölkələrdə aparılan tədqiqatların nəticələrinə görə, natrium xlorid qəbulunun azaldılması qocalma prosesini yavaşıda bilər. Odur ki, düyü yeməkləri hazırlayarkən duz əlavə etməyin – bu, sizə yaxşı təsir edəcək!

Taijiquan

Taijiquan uşunun növlərindən biri sayılır, amma döyüş sənəti deyil, daha çox yoqa kimi sağlamlıq gimnastikasıdır. Taijiquan çox sadədir və istənilən səviyyədə fiziki hazırlığı olan şəxs bu hərəkətləri edə bilər. Yaşlanma prosesini tətikləyən stressi aradan qaldırmaq üçün gündə on dəqiqəlik məşq kifayətdir.

Gündəlik rejimə uyğunluq

Çin hamının ölçüyə, nizam-intizama və uzaqgörənliyə hörmət etdiyi bir ölkədir. Gündəlik rejimə riayət etmək hər bir çinli qadının həyatının məcburi tərkib hissəsidir. Qadınlar yuxuya və yeməyə xüsusi diqqət yetirirlər: vaxtında yatmağa gedir, eyni zamanda masaya otururlar. Bir çox qərb diyetoloqları bu yanaşmanın düzgünlüyünü təsdiqləyirlər: rejim bizə aclıq hissini bir daha yaşamamağa və lazımi qədər dincəlməyə imkan verir.

Təbii maddələrdən hazırlanmış maskalar

Onlardan ən məşhuru paxla və sarıkökdür. Bunlardan maskalar hazırlamaq çox asandır: lobyaları qəhvə kimi üyütmək və su ilə qarışdırmaq, sarıkök maskasına isə qatıq və ya bal əlavə etmək olar.

Rasionda göbələk və yosunlar

Çində göbələk bir çox yeməklərə əlavə edilir. Çin tibb mütəxəssisləri iddia edirlər ki, göbələyin tərkibində orqanizmə virus və iltihabla mübarizə aparmağa kömək edən unikal birləşmələr var. Şitake göbələkləri, südlü göbələklər və saman göbələkləri sağlamlıq üçün ən yaxşı hesab olunur.

Çin mətbəxinin başqa bir xüsusiyyəti müxtəlif dəniz yosunlarından istifadə edilməsidir. Onların tərkibində təkcə həzmi yaxşılaşdıran lif deyil, həm də dəridə kollagenin normal səviyyəsini saxlamağa, istənilən yaşda elastik qalmasına imkan verən xlorofil də var.