Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Atatürk pr., ev 226 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus “Padişah” restoranında keçirilmiş plandankənar yoxlama zamanı aparılan araşdırma nəticəsində restorandan sifariş edilən şaurmanın ətinin çiy olması bağlı müraciət öz təsdiqini tapıb. Eyni zamanda restoranda sanitariya norma və qaydalarına riayət olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkar olunub. Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.