Kişilərdə cinsi həvəsin azalma səbəbləri

Cinsi istəyin azalması bütün dünyada geniş yayılmış problemdir.

Foodinfo.az publika.az-a istinadla xəbər verir ki, bu barədə London klinikasının kardioloqu, cərrahı Zoi Uilliams “The Sun”a müsahibəsində danışıb. O, kişilərdə cinsi istəyin azalmasının aşkar olmayan səbəblərini sadalayıb.

Həkimin sözlərinə görə, libidonun azalmasının bir çox potensial səbəbi var: stress, narahatlıq, tükənmə, ünsiyyətdə və ya digər münasibətlərdə dəyişikliklər.

“Bu problem testosteron səviyyəsinin normadan aşağı olması, digər sağlamlıq problemləri və ya dərmanların yan təsiri nəticəsində yarana bilər. Libido və ya cinsi həvəsin itirilməsi bir çox kişi və qadınları əhatə edən geniş bir problemdir.

Bu, həm də olduqca həssas bir problemdir və mütləq həkimə müraciət etməlisiniz. Məhz həkim hormon səviyyələri və digər tədqiqatlar üçün qan testinin təyin edilməsinin vacib olub-olmamasına qərar verəcək”.