Kimlər qarğıdalı yeməməlidir?

Qarğıdalının insan sağlamlığı üçün bir çox faydaları mövcuddur.

Foodinfo.az medicina.az-a istinadən bildirir ki, hər qida kimi qarğıdalı da çox yeyildiyi zaman bəzi problemlər yarada bilər.

Bəs kimlər qarğıdalı yeməməlidir?

– Köpə, meteorizmə, həzmsizliyə meylli olan insanlar da qarğıdalının istehlakını məhdudlaşdırmalıdır.

– Nadir hallarda olsa da qarğıdalı allergiyaya səbəb ola bilər.

– Qarğıdalı kifayət qədər kalorili məhsuldur və bu səbəbdən artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar qarğıdalı yeməməlidir.

Bununla yanaşı südverən analar da qarğıdalının istehlakından imtina etməlidir. Bu körpələrdə köp və qarın ağrılarına səbəb ola bilər.