“Vest Produkt” məhkəməyə verildi

Tanınmış “Vest Qold” yağlarının Azərbaycandakı əsas idxalçısı “Vest Produkt Marketinq” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Foodinfo.az xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Belə ki, Dövlət Gömrük Komitəsi “Vest Produkt Marketinq” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət cərimə olunacaq.

Qeyd edək ki, “Vest Produkt Marketinq” MMC Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və əsasən, Yeni Zelandiya, Fransa, Almaniya, Ukraynadan Azərbaycana yağ idxal edir. Şirkətin rəhbəri Nurəddin Tağıyevdir.