Qazaxıstan şəkər ixracına qadağa qoyur

Qazaxıstan 6 ay müddətinə ağ şəkər və xam qamış şəkərinin ixracını qadağan edəcək. 

Foodinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq əmri respublikanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeyev imzalayıb.

Sənədə əsasən, sərəncam dərc edildiyi gündən 10 təqvim günü sonra, yəni mayın 23-dən qüvvəyə minir. Qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi qadağa ilə bağlı Avrasiya İqtisadi Komissiyasına məlumat verəcək.