12 may – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə agacəkmə aksiyası keçirlib

12 may  – Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən birgə ağacəkmə aksiyası keçirilib.

Foodinfo.az xəbər verir ki, keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ictimaiyyətin bitkilərin mühafizəsinə cəlb edilməsi, bitki zərərvericiləri və xəstəliklərinin məhsul itkisinə səbəb olması barədə maarifləndirilməsi, sağlam bitkilərin ekosistemə müsbət təsiri və qida təhlükəsiziliyinin vacibliyinin diqqətə çatdırılması məqsədilə hər il may ayının 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü kimi qeyd olunur.