Bu restoranlar qaydaları pozdu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 26-də ölkə üzrə 433 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 53F ünvanında yerləşən, fiziki şəxs Hüseynov Pərviz Əli oğluna məxsus “Miraj” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Dilarə Əliyeva küç., ev 43 ünvanında yerləşən, fiziki şəxs Nemətli Təbriz Şahverdi oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə küç., ev 5, m.7 ünvanında yerləşən, hüquqi şəxs “Mato Kafe” MMC-yə məxsus “Dadlı” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küç., ev 10 ünvanında yerləşən, fiziki şəxs Əliyev Təbriz Eldar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 107 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;

6. Sumqayıt şəhəri, Sülh küçəsi, məh. 34, ev 2448 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Elvin Hacıbala oğluna məxsus “Osmanlı dönər evi” kafesi;

7. Xaçmaz rayonu, Bakı prospektində yerləşən, fiziki şəxs Ağayev Süleyman Yaqub oğluna məxsus kafe;

8. Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Şıxaliyev Sehran Ağasəlim oğluna məxsus “Qoca Qovaq” kafesi.

AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.