Rusiya Azərbaycana pendir ixracını 2,4 dəfə, kərə yağı ixracını 2 dəfə artırıb

2021-ci ildə Rusiya xaricə 4,65 min ton kərə yağı göndərib, bu da 2020-ci ilin göstəricisindən 28% çoxdur (3,63 min ton).

Foodinfo.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Arqus” informasiya sisteminin məlumatlarına əsasən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat verir.

Rusiyanın kərə yağının əsas alıcılarına Azərbaycan da aiddir. Ötən il ölkəyə 319 ton, 2020-ci ildən təxminən iki dəfə çox (161 ton) kərə yağı göndərilib.

2021-ci ildə RF-dən pendir ixracı 24,37 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən (20,22 min ton) 10% çoxdur.