“N1” çörəkləri də bahalaşdı

“№1” Çörək zavodu qiymətlərini artırıb.

 Foodinfo.az Marja.az-a istinadən xəbər verir ki, şirkət, bugündən “N1” sadə baton çörəyinin (400 qram) qiymətini 70 qəpikdən 80 qəpiyə qaldırıb.

Şirkət sentyabr sadə baton çörəyinin qiymətini 55 qəpikdən 70 qəpiyə qaldırmışdı.

Digər “N1” çörəklərinin də qiymətləri artırılıb. Bugünədək qiyməti 55 qəpik olmuş çörəklər 65 qəpiyə, qiyməti 75 qəpik olmuş doğranmış çörəklər isə 85 qəpiyə satılır.

Qeyd edək ki, unun qiymətinin artması ilə əlaqədar olaraq Azərbaycanda çörək qiymətləri 10-15 qəpik civarında artırılır.

“№1” Çörək zavodu dövlətin krediti və “Gilan Holding” MMC-nin vəsaiti hesabına 2013-cü ildə istifadəyə verilib.