Bu qəsəbələrdə su olmayacaq

Yanvarın 12-si gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Foodinfo.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, buna səbəb magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləridir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir