İnsana donuz ürəyi köçürüldü

ABŞ-ın Merlin ştatının Tibb Universitetinin əməkdaşları tərəfindən ilk dəfə insana geni dəyişdirilmiş donuz ürəyi köçürülüb.

Foodinfo.az Rusiya mətbuatına istinadən məlumatına görə, Devid Benet adlı şəxs uzun müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkirmiş.

Bennet  bu və ya digər tibb mərkəzlərində müayinə olunsa da, onun yaşama şansı sıfıra bərabər olub.

Buna baxmayaraq, universitetin əməkdaşları 57 yaşlı pasiyentə geni dəyişdirilmiş donuz ürəyi qoyublar.

3 gündür əməliyyat olunan xəstə özünü yaxşı hiss edir.