Toya gedən 30 qonaq geri qaytarıldı

Yanvarın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.
 Foodinfo.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 30 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.