Bu robot yemək bişirməyi, yük daşımağı, hətta iynə vurmağı bacarır

İnsanabənzər robot Beomni 1.0 yanvarın 5-dən 7-dək ABŞ-ın Las-Veqas şəhərində baş tutacaq ənənəvi istehlak elektronikası sərgisində (CES) ictimaiyyətə təqdim ediləcək.

Foodinfo.az-ın xəbərinə görə, robot yemək bişirməyi, yük daşımağı, hətta iynə vurmağı belə bacarır.

Bu imkanlarla onun evdə ən böyük köməkçi ola biləcəyi bildirilir.