Qapını sındırıb kolbasa, içki və siqaret oğurladılar

Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus mağazadan qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.

Foodinfo.az Daxili İşlər Nazirliyindən verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elçin Hüseynov və Pərvin Seyidov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat pul və 3170 manat dəyərində müxtəlif növ siqaretlər oğurladıqları müəyyən edilib.

Faktlar bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.