Bu il daha soyuq olacaq

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) iqlim proqramının direktoru Aleksey Kokorin 2022-ci ilin bütün Yer kürəsində 2020-ci ilə nisbətən daha soyuq keçəcəyini proqnozlaşdırıb.

Foodinfo.az bildirir ki, mütəxəssisin fikrincə, bu, Sakit okeanın cənubunda soyuq suyun səthə çıxmasını nəzərdə tutan La Nina iqlim fenomeninin inkişafı ilə əlaqədar baş verəcək. Fenomen planetdə orta temperaturun aşağı düşməsinə kömək edəcək.

O qeyd edib ki, temperaturun azalması qlobal istiləşmə ilə bağlı proseslərin inkişafına təsir göstərməyəcək.

“Bu, hər hansı bir trend dəyişikliyi demək deyil. Bu, sadəcə təbii prosesdir”, – deyə o əlavə edib.