Yeni il süfrəsində təhlükəli səhv

“Yeni il süfrəsində zəhərlənməmək üçün bütün bayram gecəsinə yalnız bir spirtli içki seçməlisiniz”.

Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Marqarita Koroleva Veçernaya Moskvaya müsahibəsində deyib.

Mütəxəssis qeyd edib ki, insanlar ənənəvi olaraq Yeni ili şampan şərabı ilə qeyd edirlər, lakin bayramın qalan hissəsi üçün bir içki seçmək lazımdır.

“Əgər bir insan güclü içki qəbul etməyə başlayırsa, yeni il gecəsinin sonuna qədər dərəcəsini azaltmaq olmaz”, – diyetoloq çağırış edib.

Koroleva izah edib ki, müxtəlif içkilər spirtin təsirini artıra, sərxoşluğa və hətta zəhərlənməyə səbəb ola bilər.