“İndi restoranların iş saatının uzadılması real deyil”

“Azərbaycanda restoranların fəaliyyətinə icazə verilən saat limitinin artırılması müzakirə olunmur”.

Foodinfo.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, “Omicron” ştamına görə bir çox ölkələr qapanmaya gedir, hətta restoranlar qapadılır: “Buna görə də Azərbaycanda restoranların iş saatının uzadılması indiki halda real deyil”.

Qeyd edək ki, hazırda ölkədə restoranlar gecə saat 12-yə qədər işləyə bilər