“Parça maskalar bəzəkdən başqa bir şey deyil”

Corc Vaşinqton Universitetinin səhiyyə siyasəti və menecmenti professoru Liane Ven parça maskaların koronavirusun “Omicron” ştamı qarşısında faydasız olduğunu bildirib.

Bu barədə Foodinfo.az CNN-nə istinadən xəbər verir.

“Parça maskalar bəzəkdən başqa bir şey deyil. “Omicron”la mübarizədə onların yeri yoxdur” – professor bildirib.

O, ictimai yerlərdə N95 sinfinə aid maskalardan və respiratorlardan istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu qoruyucu vasitələr kiçik hissəciklərin nazofarenksə daxil olmasının qarşısını alır.