AQTA sahibkarlarla növbəti görüş keçirdi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri arasında videokonfrans formatında görüş keçirilib.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliklər, monitorinqlər zamanı aşkar olunmuş pozuntular, bu pozuntuların qarşısının alınması istiqamətində görülməli tədbirlər və koronavirus (COVID-19) pandemiyası dövründə qeyd olunan pozuntular nəticəsində insanların həyat və sağlamlıqlarında baş verə biləcək fəsadlar, eyni zamanda qəbul olunmuş qərarlara əsasən, COVID-19-a qarşı vaksinasiya işlərinin nəticələri barədə məlumat verilib.

Sonda ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunan məsələlər bir daha diqqətə çatdırılıb. Sahibkarlarlıq subyektlərinin rəhbərləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.