Uşaqlara immunitet üçün dərman verilməsi düzgün deyil – Həkim pediatr

“Bəzən valideynlər uşaqlara immuniteti gücləndirmək üçün dərman verirlər. Bu, doğru deyil”.
Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimli bildirib.
“Səbəbsiz yerə dərman verilməsinin tərəfdarı deyiləm. İmmunitet ya var, ya da yoxdur. İmmunitetin güclənməsi üçün idman, təmiz hava və təbii qidalar vacibdir”, – pediatr deyib.