Tomat ixracı azalıb

Bu ilin on bir ayında 129,6 min ton tomat ixrac edilib.

Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən tomatın dəyəri 140,6 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvar-noyabr aylarında dəyəri 190,4 milyon dollar olmaqla 175,9 min ton tomat ixrac edilib.