Prezident 2022-ci ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev 2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Foodinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 868 444,0 min manat, yerli gəlirləri 947 556,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,0 min manat, yerli xərcləri 985 012,0 min manat) məbləğində təsdiq edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qanunla ətraflı buradan tanış olmaq olar.