“Qoç ət” restoranı yanır

Bakıda restoranda yanğın başlayıb

Foodinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.