ÜST rəhbərindən Yeni il şənlikləri ilə bağlı xəbərdarlıq

“2022-ci il epidemiyaya son qoyduğumuz il olmalıdır”.

Foodinfo.az xəbər verir ki, bunu açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

ÜST rəsmisinin sözlərinə görə, ötən il ərzində COVID-19-dan 3,3 milyon insan ölüb. Bu, HİV/QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çoxdur:

Dünyada narahatlıq yaradan COVID-19-un “Omicron” variantı ilə bağlı da danışan Qebreyesus bildirib ki, indi sözügedən ştam Delta variantından əhəmiyyətli dərəcədə daha sürətli yayılır:

“Buna dair sübutlar var. Həmçinin, koronavirusdan peyvənd olunmuş və ya sağalmış insanların yoluxma və ya yenidən yoluxma ehtimalı daha yüksəkdir”.

Milad bayramı və Yeni il şənliklərinin ləğv edilməli olduğunu vurğulayan ÜST-ün Baş direktoru insanları daha diqqətli olmağa çağırıb:

“Ölkələr bu festival dövründə daha diqqətli olmalı və kütləvi izdihamı məhdudlaşdırmalıdır. Bu dövrdə bu cür təşkilatların təxirə salınması daha çox insan həyatını xilas edəcək”.